İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO

İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO

Hazırda oxunan: İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO
235329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlət başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 1
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 2
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 3
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 4
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 5
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 6
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 7
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 8
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 9
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 10
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində - FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO