Azərbaycan və Qvineya arasında beynəlxalq platformalarda əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və Qvineya arasında beynəlxalq platformalarda əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Qvineya arasında beynəlxalq platformalarda əməkdaşlıq müzakirə edildi - FOTO
234892
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika inteqrasiyası və xaricdəki qvineyalılar naziri Morissanda Kouyate ilə görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

C.Bayramov iki ölkə arasında qarşılıqlı səfər və təmasların ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib.

Xüsusilə təhsil sahəsində əməkdaşlığın, təqaüd və mübadilə proqramlarının gənclər, o cümlədən xalqlarımız arasında təmasların inkişafında mühüm rolu qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Qvineya arasında beynəlxalq platformalarda əməkdaşlıq müzakirə edildi - FOTO - foto 1
Azərbaycan və Qvineya arasında beynəlxalq platformalarda əməkdaşlıq müzakirə edildi - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO