Prezidentdən İrəvana MƏSLƏHƏT: “Dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçsinlər” - VİDEO

Prezidentdən İrəvana MƏSLƏHƏT: “Dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçsinlər” - VİDEO

Hazırda oxunan: Prezidentdən İrəvana MƏSLƏHƏT: “Dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçsinlər” - VİDEO
228972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev yerli televiziya kanallarına müsahibə VERDİ - FOTO/VİDEO


Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.

Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti əlavə edib:

“Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO