Londonda nüfuzlu jurnalda müsahibəsi gedən və kitabı dərc edilən  KƏLBƏCƏRLİ...

Londonda nüfuzlu jurnalda müsahibəsi gedən və kitabı dərc edilən KƏLBƏCƏRLİ...

Hazırda oxunan: Londonda nüfuzlu jurnalda müsahibəsi gedən və kitabı dərc edilən KƏLBƏCƏRLİ...

227637

H.Əliyev Fondunun vitseprezidentixa0Leyla xanım Əliyevanınxa0təsisçisi olduğuxa0"Baku" jurnalının ingilisdilli online versiyasındaxa0həmyerlimiz Kəlbəcər rayonu Geştək kəndinin yetişdirməsi, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoruxa0Elşad Əsgərovunxa0müsahibəsi dərc edilib. Baku jurnalının ingilis dilli versiyası Londonda hazırlanıb dərc olunur.

"BAKU"xa0jurnalındakı müsahibəyə burdan bax.


Həmçininxa0Leyla xanımın İDEA təşkilatınınxa0dəstəyi ilə dünyaca məhşurxa0Urs Breytenmozerləxa0(İsveçrə Bern şəhərində İUCN (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı) Pişikkimilər üzrə mütəxəssis qrupunun rəhbərixa0) birlikdə "Azərbaycanda Qırmızı kitaba düşmüş nadir növ olan Bəbirlərin (Panthera pardus) nəslinin bərpasına həsr olunmuş" kitabı dərc edilib.
xa0

Haşiyə.xa0

Qafqaz bəbiri (Panthera pardus) pişikkimilər fəsiləsindən olan yırtıcı heyvandır. Vaxtı ilə geniş arealı olsa da, hazırda yalnız Naxçıvan və respublikanın Cənub bölgəsində rast gəlinir. Kəlbəcər dağlarında da rast gəlinmişdir. Ötən əsrin 70-ci illərində Kəlbəcərin qarşı tərəfində “Donuz damı” adlanan yerdə bir fərdin öldürüldüyü barədə məlumat vardır. Kəlbəcərdə Pələngə adlanan binə yerləri mövcuddur. Həmin yerlərdə vaxtı ilə bəbir olması və yerin adı bu heyvanla bağlı olduğu güman olunur (bu heyvan adı dilimizə fars dilindən tərs gəlmişdir, hazırda farslar bəbirə pələng, pələgə isə bəbir deyirlər. Qədim türk dillərində adı qaplan, bars olub, hazırda Naxçıvanda da qaplan deyirlər).

xa0

Qeyd edək ki,xa0Elşad Əsgərovxa01974-cü ildə Kəlbəcər rayonu Geştək kəndində dünyaya gəlib. Kəlbəcər şəhər 3 N-li orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.1998-2001-ci illərdə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olub.2002-ci ildənxa0Ümumdünya Təbiəti Mühafizə Fondunda (WWF)xa0layihə koordinatoru kimi işlə başlayıb. Azərbaycanın nadir və nəsli tükənmək təhlükəsində olan növlərinin qorunmasına, sayının bərpasına yönəlmiş layihələrə rəhbərlik edib. Nəsli az qala tükənmiş hesab olunan Qafqaz bəbirlərinin Zəngəzur və Talış dağlarında qaldığını aşkarlayıb, ilk dəfə olaraq fotolarını əldə edib və onların qorunması üçün 15 il ərzində proqrama başçılıq edib. 2010-cu ildə H. Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə başlanmış proqram çərçivəsində ceyranların tarixi yaşayış məskənlərinə qaytarılması layihəsinə WWF tərəfindən rəhbərlik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO