Azərbaycanın və Qazaxıstanın parlament sədrləri arasında telefon danışığı oldu

Azərbaycanın və Qazaxıstanın parlament sədrləri arasında telefon danışığı oldu

Hazırda oxunan: Azərbaycanın və Qazaxıstanın parlament sədrləri arasında telefon danışığı oldu
227340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbir diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək, öz növbəsində bu təyyarə qəzasında Qazaxıstan vətəndaşlarının da həlak olması ilə əlaqədar Yerlan Koşanova başsağlığı verib, onların ailələrinə və yaxınlarına səbir diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO