Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb - FOTO

Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb - FOTO

Hazırda oxunan: Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb - FOTO
221478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
 

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-nin prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.


Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO