Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

Hazırda oxunan: Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
220995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Anlaşma Memorandumu Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığı möhkəmləndirəcək.

Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO - foto 1
Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO