Rəsmi Bakıdan Paşinyana CAVAB - FOTO

Rəsmi Bakıdan Paşinyana CAVAB - FOTO

Hazırda oxunan: Rəsmi Bakıdan Paşinyana CAVAB - FOTO
220692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır: "1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş etdirilən rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri) tarixi faktları təhrif etməmək üçün xatırlatmaq lazımdır.

Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər, Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, Baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə Sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".

A.Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: “Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.


Rəsmi Bakıdan Paşinyana CAVAB - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO