“Son günlər ABŞ-ın, Avropanın Rusiyaya qarşı daha da sərtləşən iqrtisadi-siyasi sanksiyaları Amerika, Qərb dairələrininxa0 Azərbaycana münasibətini necə dəyişə bilər?”
Bu mövzuda Moderator.az-ın suallarını cavablandıran tanınmış politoloq Cümşüd Nuriyev ABŞ və Avropanın dəstəyi ilə Azərbaycanda bu günədək görünməmiş tipdə bir müxalifət formalaşdığını vurğuladı:xa0
“ABŞ-ın 1997-ci ildə ata Buş, Bjezinski, Kissincer və s. kimi aparıcı siyasi lider və diplomatların iştirakıyla qəbul olunmuş 2025-ci ilədək dünya düzəni haqda bir proqramı var. Hazırda da Ağ Ev həmin proqrama uyğun hərəkət etməyə çalışır. Trampı daxa0 bu planlara uyğun olaraq hakimiyyətə gətirdilər. Yalandan manipulyasiya edirlər ki, guya Tramp Rusiyanın, Putinin adamıdır. Əsas məqsəd bir dəlini hakimiyyətə gətirmək və onun əli ilə ABŞ-ın müxtəlif ölkələrdəki maraqlarını həyata keçirməkdir. Ancaq proseslər göstərir ki, ABŞ bu proqramıxa0 istədiyi kimi həyata keçirə bilmir, kifayət qədər əngəllər var. Suriyada, Ukraynada baş verənlər bunu təsdiqləyir. Ağ Evin Ukraynada apardığı guya “demokratik”, “inqilabi” proseslərxa0 əslində bu xalqın başbəlasına çevrilməkdədir. Artıq Rumıniya, Macarıstan Ukraynaya qarşı ərazi iddialarıyla çıxış edir... Üstəgəl daxildə xaos davam edir... Yəni ABŞ Ukraynanıxa0 güdaza verməkdədir... Rusiyaya, Çinə, İrana isə sanksiyalarla, hədələrlə girişə bilmir. Hay-küyə baxmayaraq son sanksiyalar da elə bir effekt verməyəcək... Odur ki, “eşşəyə gücü çatmır, palanı döyəcləyir” məsəlinə uyğun olaraq ABŞ çalışır ki, adı çəkilən ölkələrə yaxın olan ölkələrdə xaos yaratmaqla hansısa yollarla Rusiyaya, Çinə, İrana da müdaxiləyə nail olsunlar. Azərbaycan da bu planda olan ölkədir.xa0 Ukrayna vasitəsilə edə bilmədiklərini indi Azərbaycan vasitəsilə etməyə çalışırlar...”xa0xa0
Politoloq son dövrdə Avropa vasitəsilə Azərbaycan iqtidarına qarşı başladılan “söyüş kampaniyası”nın başında da ABŞ-ın durduğunu bildirdi:
“Son aylar Avropa ölkərində formalaşdırılan “söyüşkən müxalifət” də məhz Qərbin, ABŞ-ın bu məkrli planlarının tərkib hissəsidir.xa0 Amma “söyüşkən”, “döyüşkən” müxalifət əvəzinə Azərbaycanda, çox təəssüf ki, bundan da təhlükəlisi -Türkiyəli qardaşlarımız demiş, “çingənə” müxalifəti formalaşır.xa0 (“Çingənə” Azərbaycan türkcəsində “balaca, xırda” mənalarında (məsələn, çingənə qız) işlənsə də, Türkiyədə yunan mənşəli bir söz kimi köçəri qaraçı tayfalarına verilən bir addır-S.L.).xa0 Türkiyədə qaraçı dilənçilərə “çingənə” deyirlər. Onlar həm dilənirlər, həm maraqlarını, istedadlarını satırlar, həm də oynayıb adamın başını qatırlar, falına baxıb səni aldadırlar. Heç özün də bilmirsən ki, səni nə vaxt soydular... Azərbaycanda da Qərbin kəşfiyyat və maliyyə dəstəyi ilə belə bir “çingənə” müxalifəti yaranmağa başlayıb.xa0 Xalqa yaraşmayan söyüş kvartetləri qurulub. 25-35 yaşlarındakı gənclərimizin tərbiyəsi sürətlə pozulur. Bu səbəbdən bizdə yalnız “yaxşı” söyməyi bacaranlar özünü müxalifət hesab edir... Bunun çox qorxulu nəticələri ola bilər...”xa0
Sultan Laçın





































































































