Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO

Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO

Hazırda oxunan: Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO
218589
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Səfir Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Banqladeş dövlətinin başçısına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğulayıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Amanul Haq ikitərəlfi münasibətlərlə bağlı xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.


Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO - foto 1
Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO - foto 2
Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO - foto 3
Prezident Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/VIDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO