Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO

Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO

Hazırda oxunan: Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO
217439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
 

Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.


Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış ediblər.

Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verilib.

Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib.

Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.

Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 1
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 2
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 3
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 4
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 5
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 6
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 7
Hökumətdə yağışın törətdiyi fəsadlarla bağlı İCLAS: Tapşırıqlar verildi – FOTO - foto 8


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO