“Azərbaycan və Türkiyə üçün ticarətdə milli valyutadan istifadə etmək çox vacibdir. Bununla əlaqədar Türkiyə və Azərbaycan prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev öz ölkələrinin Mərkəzi Banklarına müvafiq təlimatlar verib. Hal-hazırda texniki məsələlər praktiki olaraq yekunlaşıb”.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi belə bir sensasion bəyanatla çıxış edib.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-a açıqlamasında Türkiyənin iqtisadiyyat nazirinin açıqlamasını şərh edib:
"İndiyə qədər dollardan imtina etmək istəyən ölkələrin səylərinin nə ilə nəticələndiyi məlum olduğundan bu məsələnin geniş şərhə ehtiyacı olmaması qənaətindəyəm. Dünya elə qurulub ki, hələ bir müddət də dollardan imtina arzu olaraq qalacaq. Çünki dünya iqtisadiyyatının və qloballaşma şəraitində onun tərkib hissəsi olan hər bir ölkənin milli iqtisadiyyatınınxa0 həmin şəraitə uyğunlaşmışxa0 konstruksiyasının öz qanunauyğunluqları var, arzu və istəklə onuxa0 dəf etmək olmur. Daha işlək alternativ mexanizm vasitəsilə nəsə etmək olur. Bu da hələlik yoxdur. Belə çağırışlar birinci dəfə deyil, çox olub... Biz belə cağırışlarla addımlar atsaydıq və neftimizi dollara yox, manata satsaydıq, təsəvvür edin ki, krizisli mərhələrədə dollarla ölçülən çoxmilyardlı "təhlükəsizlik yastığından" məhrum olub, nə vəziyyətə düşərdik. Ona görə də mən həmişə belə çağırışları şərhsiz qarşılayıram".xa0


































































































