İsrailin “ARİ-ARMS” şirkətinin əməkdaşı: “Azərbaycanla əməkdaşlıqdan çox məmnunuq”

İsrailin “ARİ-ARMS” şirkətinin əməkdaşı: “Azərbaycanla əməkdaşlıqdan çox məmnunuq”

Hazırda oxunan: İsrailin “ARİ-ARMS” şirkətinin əməkdaşı: “Azərbaycanla əməkdaşlıqdan çox məmnunuq”
213430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən İsraildən olan “ARİ-ARMS” şirkətini təmsil edirəm və biz burada olmaqdan şadıq. “Azərsilah” ilə birgə əməkdaşlığımıza dair sənəd imzalamaqdan çox məmnunuq”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İsrailin müdafiə sənayesi sahəsindəki “ARİ-ARMS” şirkətinin əməkdaşı Oren Ankonina deyib. 

Bakı Ekspo Mərkəzində keçirilən, regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisinə qatılan “ARİ-ARMS” şirkətini “Azərsilah” ilə də əməkdaşlığa dair müqavilə imzalayıb.

Azərbaycan hərbi sənayəsinin hər keçən gün inkişaf etdiyini deyən Ankonina növbəti əməkdaşlığın yeni uğurlar gətirəcəyinə diqqət çəkib.
 

“Bu əlaqələr hər iki ölkə - İsrail və Azərbaycan üçün müsbət nəticələr vəd edir. Biz burada layihəmizə başlamağa hazırıq və bunu səbrsizliklə gözləyirik. Azərbaycan hərbi sənayesi inkişaf edir və onun gələcəyini çox gözəl görürük”, - deyə O.Ankonina deyib.


Qeyd edək ki, 12 İsrail şirkəti müdafiə və daxili təhlükəsizlik sahəsində ən son texnologiyaları nümayiş etdirmək üçün “ADEX” də iştirak edir.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO