Ölkəmiz TDT-nin turizm üzrə iclaslarında təmsil olundu - FOTO

Ölkəmiz TDT-nin turizm üzrə iclaslarında təmsil olundu - FOTO

Hazırda oxunan: Ölkəmiz TDT-nin turizm üzrə iclaslarında təmsil olundu - FOTO
213138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 25-də Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Turizm nazirlərinin 9-cu iclası və Turizm üzrə işçi qrupunun 19-cu iclasında Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak ediblər.

Dövlət Turizm Agentliyindən Bizim.Media-ya bildirilib ki, iclas çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Xizək Kurortları İttifaqı haqqında geniş məlumat verilib, hazırda 4 ölkənin (Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan) üzv olduğu ittifaqa qoşulmağa digər TDT ölkələri də dəvət edilib.

Bununla yanaşı, TDT çərçivəsində növbəti ilə ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin gündəliyi müzakirə olunub, üzv dövlətlərin turizm şirkətləri və mövcud hava yollarının iştirakı ilə təşkil ediləcək B2B formatlı Turizm Forumunda iştirakda ölkəmizin maraqlı olduğu qeyd edilib.

Turizm nazirlərinin 9-cu iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə öz növbəsində cari ilin noyabr ayında ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edəcəyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

O, ilk dəfə COP29-un tematik proqramına turizm mövzusunun inteqrasiya edildiyini və 20 noyabrın “Turizm günü” olaraq təyin edildiyini vurğulayıb.

“Turizm günü” çərçivəsində təşkil ediləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”nə üzv dövlətlərin turizm nazirləri dəvət edilib.

Ölkəmiz TDT-nin turizm üzrə iclaslarında təmsil olundu - FOTO - foto 1
Ölkəmiz TDT-nin turizm üzrə iclaslarında təmsil olundu - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO