Fərid Qayıbov TDT-nin gənclər və idman nazirlərini Lənkərana dəvət etdi - FOTO

Fərid Qayıbov TDT-nin gənclər və idman nazirlərini Lənkərana dəvət etdi - FOTO

Hazırda oxunan: Fərid Qayıbov TDT-nin gənclər və idman nazirlərini Lənkərana dəvət etdi - FOTO
210804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 8-ci iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Basqaldakı iclasın davamının Astanada da uğurla nəticələnəcəyinə inandığını bildirib, Türk dövlətləri ilə əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb. 

Azərbaycanın TDT çərçivəsində bir sıra ortaq layihələri uğurla həyata keçirdiyini qeyd edərək, bu cür tədbirlərin gələcəkdə daha çox və davamlı uğurlara birgə qazanılacağına inandığını bildirib. 

Fərid Qayıbov həmkarlarını Lənkəranda 2024-cü il üçün “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış mərasiminə, eləcə də gələn il ölkəmizdə keçirilməsi planlaşdırılan “Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu”na dəvət edib.

Digər ölkələrin nazirləri bundan öncəki iclasa Basqalda uğurla ev sahibliyi üçün Azərbaycana təşəkkür ediblər. 

Türk dövlətlərinin Olimpiya həmrəyliyindən danışan Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov Paris Olimpiadasında cüdoçularımızın uğurlu çıxışını da xüsusi qeyd edib və bu münasibətlə Azərbaycanı təbrik edib.

İclasda türk dövlətləri arasında gənclər və idman sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və digər məsələlər müzakirə edilib.

Fərid Qayıbov TDT-nin gənclər və idman nazirlərini Lənkərana dəvət etdi - FOTO - foto 1
Fərid Qayıbov TDT-nin gənclər və idman nazirlərini Lənkərana dəvət etdi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO