Ayxan Hacızadə: “Azərbaycanda parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib” – FOTO

Ayxan Hacızadə: “Azərbaycanda parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib” – FOTO

Hazırda oxunan: Ayxan Hacızadə: “Azərbaycanda parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib” – FOTO
209801
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb. 
 

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb. 


Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib. 

Ayxan Hacızadə: “Azərbaycanda parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib” – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO