Zakir Həsənov Belarusda Azərbaycan hərbçilərinin də iştirak etdiyi paradı izlədi – FOTO

Zakir Həsənov Belarusda Azərbaycan hərbçilərinin də iştirak etdiyi paradı izlədi – FOTO

Hazırda oxunan: Zakir Həsənov Belarusda Azərbaycan hərbçilərinin də iştirak etdiyi paradı izlədi – FOTO
200262
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sonra nazir Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.

Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.
Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO