Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub - FOTO

Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub - FOTO

Hazırda oxunan: Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub - FOTO
197151
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC ) təşkilatçılığı ilə müxtəlif ölkələrdən olan jurnalistlər üçün seminar-treninqlər təşkil olunub.

Bizim.Media xəbər verir ki, COP29-a hazırlıq, o cümlədən iqlim mövzusunda jurnalistlərin təcrübələrinin artırılması məqsədilə keçirilən tədbirlərdə BMT Katibliyinin iqlim üzrə mütəxəssisləri iqlim mövzusunda məruzələrlə çıxış edirlər.

Müxtəlif dillərdə təşkil olunan seminar-treninqin ilk günündə BMT Katibliyinin iqlim üzrə xarici əlaqələr katibi Denis Popov iqlim üzrə danışıqların tarixi və indiki mərhələsi barədə ətraflı məlumat verib. Jurnalist və BMT-nin iqlim üzrə müşahidəçisi Anqelina Davidova “Ekologiya haqda necə maraqlı və effektli yazmaq olar?” və “BMT-nin iqlim konfranslarını işıqlandırarkən nəyi bilmək faydalı olar?” kimi mövzularda çıxış edib.

Habelə, ekologiya və iqlim məsələlərini sosial şəbəkələrdə işıqlandırmaq kimi mövzular ətrafında müzakirələr aparılıb.

Seminar-treninqin iştirakçıları mətbuat konfranslarına da qatılırlar.

Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub - FOTO - foto 1
Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub - FOTO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO