Tural Gəncəliyev: “Qərb başa düşür ki, Azərbaycan regionda açar ölkədir...”

Hazırda oxunan: Tural Gəncəliyev: “Qərb başa düşür ki, Azərbaycan regionda açar ölkədir...”

19546

“Qondarma “erməni soyqırımı” məsələsində ölkəmizin mövqeyi konkret və birmənalıdır. Əgər Qərb ermənilərin yenidən yazıq və misgin obrazını yaratmaq istəyirsə onda Ermənistanın ötən əsrin 90-cı illərində xalqımıza qarşı həyata keçirdiyi soyqırımlara baxsın. 106 il əvvəl nəyin necə baş verdiyini isə tarixçilərin öhdəsinə buraxmaq lazımdır”.   

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Amerika Parlamentlərarası dostluq qrupunun üzvü Tural Gəncəliyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub və bunu bəyan etməkdən çəkinməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qarabağda yeni nifaq yaratmaq istəyir – Tural Gəncəliyev - VİDEO


“Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında sonuncu telefon danışığı zamanı ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatı bimənalı olaraq qınandı. ABŞ dövlət katibi Entoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında dünən baş tutan telefon danışığı zamanı da ölkə başçısı qondarma “erməni soyqırımı” ilə bağlı xalqımızın narahatlığını Qərbin diqqətinə çatdırdı."

"Bu Azərbaycanın Qərbə açıq mesajıdır. Hesab edirəm ki, ABŞ Prezidentinin 24 apreldə qondarma “erməni soyqırımı” ilə bağlı arzuolunmaz bəyanatı Qərbi regionumuzla əlaqədar siyasətinə yenidən baxmağa məcbur edəcək. Qərb öz siyasətinə hökmən korrektə etməlidir”.

Tural Gəncəliyev bildirib ki, ABŞ-da  müəyyən dairələr başa düşür ki, saxta soyqırım məsələsində Ağ Ev yanlışlığa yol verib:

“ABŞ çox gözəl anlayır ki, Azərbaycan regionda açar ölkədir. Bunu silahlanmamış gözlə də görmək mümkündür. Ona görə də onlar siyasi iradə nümayiş etdirərək erməni lobbisinin əlində alət olmamağı açıq bəyan etməlidirlər. ABŞ siyasi dairələri çox yaxşı anlayırlar ki, qondarma “erməni soyqırımı” məsələsini alət edərək ABŞ-ın regionla bağlı xarici siyasəti və dövlət maraqlarına xələl gələ bilər.

"Bu məsələ Qərbdə heç kimə sir deyil. Buna görə də son hadisələrə bu konteksdən yanaşsaq  Azərbaycan Qərb və ABŞ üçün nə qədər önəmli tərəfdaş olduğunu görərik. Hansı ki, cənab Blinken öz telefon danışığında bunu təsdiqləyib. Fikrimcə Azərbaycan Prezidenti ilə ABŞ dövlət katibi arasından keçirilən telefon danışığından sonra biz Qərbin yeni münasibətinin konturlarını müşahidə etməli olacağıq”.

Tural Gəncəliyevin fikrincə 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranan reallıqlar və yeni kommunikasiya xətlərinin yaradılmasına Qərbin siyasi dairələrinin son günlər marağının artdığı müşahidə olunur:
 

“Azərbaycan Prezidenti ilə ABŞ dövlət katibi arasında baş tutan telefon danışığı zamanı bu məsələnin diqqətdə saxlanılması Qərbin yeni kommunikasiya xətlərinə olan marağın bariz nümunəsidir."


"Hesab edirəm ki, yaxın gələcəkdə digər ölkələrin də yeni kommunikasiya layihələrinə maraq göstərmələrinin şahidi olacağıq. Azərbaycan 44 günlük müharibə ilə təkcə öz torpaqlarımızı düşməndən  azad etməyib həm də dünya ölkələri üçün yeni əməkdaşlıq platforması yaradıb”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO