TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə - FOTO

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə - FOTO

Hazırda oxunan: TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə - FOTO

193566

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə mayın 22-də Milli Məclisdə görüşlər keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov VI çağırış Milli Məclisin formalaşmasından sonra Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentdə aparılmış islahatlar, Aparatın strukturu və görülən işlər barədə məlumat verib.

Sonra Parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşı Elman Aslanov bu şöbələrin birgə fəaliyyəti barədə slaydları təqdim edib.

Təqdimatdan sonra Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Şakir Şabanov rəhbərlik etdikləri şöbələrin fəaliyyət istiqamətləri, tətbiq olunan yeniliklər, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, qonaqları maraqlandıran suallara cavab veriblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO