Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO

Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO

Hazırda oxunan: Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO
192288
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari il mayın 14-dən başlayaraq Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində «Rusiya-İslam dünyası: KazanForum 2024» XV Beynəlxalq İqtisadi Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, forumda Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi Baş Prokurorluğun idarə rəisinin müavini -  şöbə rəisi Anar Nəsibov və idarə prokuroru Murad Bayramlıdan ibarət nümayəndə heyəti iştirak edib.

Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorlarının müavinləri və digər mötəbər qonaqların iştirak etdiyi forumun “İqtisadi təhlükəsizliyin təminatları və İslam dünyası ilə işgüzar kommunikasiyaların genişləndirilməsi şəraitində təhlükələrin qarşısının alınması” mövzusunda sessiyasında Baş prokurorun müavini Heydər Məmmədov çıxış edib. 

Baş prokurorun müavini Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarların hüquqlarının qorunması və əlverişli investisiya mühitinin yaradılması istiqamətində aparılan hüquqi islahatların müsbət nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Həmçinin, iqtisadi təhdidlərin qarşısının alınması və korrupsiya ilə mübarizə sahəsində prokurorluğun struktur qurumlarının rolundan bəhs edən Heydər Məmmədov görülən tədbirlərin sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini xüsusilə vurğulayıb.

Səfər çərçivəsində Rusiya Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan və Səudiyyə Ərəbistanı Krallığının Baş Prokurorluqlarının heyətləri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlara məlumat verilib.
Həmçinin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO - foto 1
Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO - foto 2
Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO - foto 3
Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO