Məlum olduğu kimi, Milli Şura sentyabrın 23-də aksiya keçirmək niyyətindədir. Mitinqin “Guardian”x9d qəzetində xa0Azərbaycanla bağlı yer alan məlum məqaləyə dəstək məqsədi ilə keçiriləcəyi bildirilir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Milli Şuranın “Guardian”x9ddakı yazı ilə bağlı aksiya keçirməsinin qeyri-normal olmasına diqqət çəkib:
“Təbii ki, bu, anormal bir şeydir. Bu yaxınlarda Azərbaycanda “Əsrin müqaviləsi”x9dnin yenilənməsi baş verdi. Yəni “Azəri-Çıraq-Günəşli”x9d yataqlarının yenidən istismarı ilə bağlı müqavilənin müddəti uzadıldı. Bu fakt Azrbaycanın düşmənlərini çox narahat edir. Xüsusilə də erməni lobbisi, Azərbaycanı istəməyən xarici dairələr, dövlətlər bundan narahatlıq duyurlar. Onlar öz nümayəndələri, buradakı əlaltıları vasitəsi ilə buna qarşı kampaniya aparırlar. “Gardian”x9d və digər mətbu orqanlarda Azərbaycanla bağlı yer alan yazıların heç bir əsası yoxdur.xa0
Dünyada lobbiçilik siyasəti ABŞ-dan başlayb. Bu, ABŞ qanunvericiliyi ilə tənzimlənən bir məsələdir. Hər bir konqresmen, senator bir lobbi təşkiltı ilə işləyir. Yəni onlar həmin təşkilatara pul köçürür və bu təşkilatlar da həmin pul əsasında lobbiçilik fəaliyyətini həyat keçirir. Bu, yüziilərdir ki, ABŞ-da mövuddur. Burada yeni heç nə yoxdur.xa0
Ikincisi, Azərbaycanın buna ehtiyacı yoxdur. Azəraycanın işi haqq işidir. Ölkəmiz Qarabağla, Xocalı soyqırımı ilə, xa0erməni işğalı ilə bağlı dünya ictimaiyyətinə müraciətlər edib, bu həqiqətləri dünyaya çatdırmağa səy göstərir. ABŞ-kı ştatların təxminən yarısında Azərbaycan həqiqətləri tanınıb və qəbul edilib. Təbii ki, Azərbaycanın bu sahədə qazandığı uğurlar da məlum dairələri narahat edir. Ona görə də “Guardian”x9ddakı yazı ilə bağlı aksiya keçirmək niyyətindədirlər. Həmin qəzetdəki məlumatlar əsassız və qeyri-obyektiv olduğuna görə buna dəstək axtarırlar. Bunu isə içərimizdəki ermənilərin vasitəsi ilə hyata keçirməyə çalışırlar. Göstərmək istəyirlər ki, baxın, Azərbaycanda da dediklərimizə dəstək verənlər var. Bu yolla erməni lobbisi tərəfindən pullar silinir. Məqsəd bundan ibarətdir”x9d.

































































































