Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin mətbuat konfransı keçirilib - FOTO

Hazırda oxunan: Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin mətbuat konfransı keçirilib - FOTO

188994

Aprelin 25-də Milli Məclisdə Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Bizim.Meda xəbər verir ki, brifinqdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin ilk iclasının Türk dünyası üçün tarixi əhəmiyyətindən söz açıb, iclasın yekunları və müzakirə olunan məsələlərin önəmi barədə fikirlərini bölüşüb. 

Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqət çəkən komitə sədri türk dövlətləri arasında əlaqələrin ikitərəfli və çoxtərəfli istiqamətlərdə, o cümlədən parlamentlər müstəvisində inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay tədbirin uğurlu keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib. O, iclasın keçirilməsi təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə, verdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, qardaş türk dövlətlərinin başçılarına, parlament rəhbərlərinə minnətdarlığını bildirib. 

F.Oktay türk dövlətlərinin ortaq mənafelərinin qorunmasında parlament diplomatiyasının və parlamentlərarası əməkdaşlığının əhəmiyyətindən danışıb, bu əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO