“Azərbaycanın qlobal istiləşmə məsələlərinə önəm verməsi böyük önəm kəsb edir” - Yulian Kifu

Hazırda oxunan: “Azərbaycanın qlobal istiləşmə məsələlərinə önəm verməsi böyük önəm kəsb edir” - Yulian Kifu

188654

“BMT-nin Tərəflər Konfransı olan "COP29"-un Bakıda keçirilməsi qlobal istiləşmə ilə mübarizə baxımından son dərəcə böyük ön daşıyır. Xüsusilə də neft hasilatçısı olan bir ölkənin ətraf mühitə fayda verəcək tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirirəm”. 

Bizim.Media xəbər verir ki, bunu ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Rumıniyanın Münaqişələrin Qarşısının alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Kifu jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanın qlobal istiləşmə məsələlərinə önəm verməsi böyük önəm kəsb edir:

“Çünki ətraf mühitin mühafizəsi insan hüquqları ilə birlikdə Avropa İttifaqının önəm verdiyi problemlərdən biridir. Azərbaycanın ətraf mühitin qorunmasına, qlobal istiləşməyə önəm verməsi mühüm hadisədir".

Məhərrəm Əliyev, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO