ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT

Hazırda oxunan: ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT

188538

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib.

İcmadan Bizim.Media-ya bildiriblər ki, tədbirdə çıxışı zamanı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının gündəliyində dayanan məsələlərin məhz insan hüquqları ilə bağlı olduğunu, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquqa əsasən geri qayıdış hüququna malik olduqlarını vurğulayıb. 

O, azərbaycanlıların Ermənistandan bir neçə mərhələdə qovulduğunu bildirərək 1987-1991-ci illərdəki son deportasiya zamanı 300 min azərbaycanlının Ermənistan ərazisindən zorla çıxarıldığını qeyd edib. İcmanın nümayəndəsi Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı beynəlxalq humanitar hüququn çoxsaylı pozuntusunun törədildiyini bildirib. 

Deputat ATƏT-i və vətəndaş cəmiyyətlərini soydaşlarımızın geri qayıdış hüququnu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də təxribata əl ataraq Qərbi Azərbaycan İcmasının nümayəndəsinin tədbirdə iştirakına mane olmağa cəhd göstərib. Lakin buna nail ola bilmədikləri üçün tədbiri tərk ediblər.
Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayır və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu və Media Azadlığı üzrə nümayəndəsini Ermənistanın bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO