Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək

Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək

Hazırda oxunan: Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
188090
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Keniyanın Baş naziri Musalia Mudavadinin müşavirləri və özəl sektorun nümayəndələri daxildir.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək və iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyacaq səfər çərçivəsində aidiyyəti dövlət qurumlarında qarşılıqlı əməkdaşlıq imkanlarına dair müzakirələr aparılacaq.

Eyni zamanda, biznes mühitində Azərbaycanın malik olduğu geniş potensial və infrastrukturla tanış olmaq üçün nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərindəki azad zonalara, sənaye məhəllələrinə və bir sıra istehsalat müəssisələrinə baş çəkəcək. AZPROMO-nun dəstəyi ilə azərbaycanlı iş adamları ilə Keniya nümayəndə heyəti arasında görüşlər keçiriləcək.
2024-cü ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etməsi ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün münbit zəmin yaradır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO