Milli Məclis-MSK və REAL partiyası - XAHİŞLƏ TƏKLİF ÜZ-ÜZƏ... - FOTO

Hazırda oxunan: Milli Məclis-MSK və REAL partiyası - XAHİŞLƏ TƏKLİF ÜZ-ÜZƏ... - FOTO

18784

Milli Məclisdən REAL partiyasına məktub ünvanlanıb.

Bizim.Media xəbər verir ki, Milli Məclis sədrinin müavini Adil Əliyevin məktubunda REAL partiyasının razılığı xahiş olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkilləri mühüm məsələlərin müzakirəsi üçün toplaşır


Belə ki, parlamentin heç bir siyasi partiyaya mənsub olmayan deputları Mərkəzi Seçki Komissiyasında onları təmsil etmək üçün Arifə Muxtarovanın namizədliyini irəli sürüblər.

Namizədin parlamentdə müzakirəsi üçün REAL partiyasının da razılığı xahiş olunur.

Deputat Erkin Qədirlinin təmsil olunduğu partiyanın lideri isə bu xahişə əks bir təkliflə çıxış edib. İlqar Məmmədovun cavab məktubunda qeyd olunub ki, indiyədək MSK üzvü olmayan yeni bir namizəd təklif olunsun. Çünki MSK-nın indiyədək mövcud olan tərkibinə aid üzvlərin yenidən komissiyada yer almasının seçki barədə yayılan tənqidi təsəvvürləri müsbətə doğru dəyişəcəyi inandırıcı deyil.

Mövzu ilə bağlı bütün hadisə və qərarlardan xəbərdar olmaq üçün bizimlə qalın...

Anar Rəhimov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO