Beynəlxalq Ədalət Məhkəməsində Bakının İrəvana qarşı etirazları üzrə dinləmələr KEÇİRİLƏCƏK

Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsində Bakının İrəvana qarşı etirazları üzrə dinləmələr KEÇİRİLƏCƏK

187221

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb. 

O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır. 

"Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib. 
A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO