İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər

İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər

Hazırda oxunan: İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər
181929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər.

Bizim.Media xəbər verir ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda qonaqların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına səfəri təşkil olunub.

Qonaqlar burada Ermənistanın işğalı illərində mədəniyyət və dini abidələrin dağıdılmasının şəxsən şahidi olacaqlar.

İlk ziyarət yeri Yuxarı Gövhər Ağa məscidi olub.

Beynəlxalq konfransda 30-dan çox ölkədən 130 qonaq, o cümlədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, dini liderlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən yerli ekspertlər, dövlət rəsmiləri, liderlər iştirak edib.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO