Azərbaycan BMT-yə üzvlük haqqını tam ödədi

Azərbaycan BMT-yə üzvlük haqqını tam ödədi

Hazırda oxunan: Azərbaycan BMT-yə üzvlük haqqını tam ödədi
181298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.

Bizim.Media xəbər verir ki, Azərbaycan ötən illərdə olduğu kimi BMT-nin büdcəsini formalaşdıran üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb.

Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib.

Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.

Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.

Xatırladaq ki, Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul olunan qətnamə ilə üzvlüyə seçilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO