Qvatemala Prezidenti İlham Əliyevi təbrik etdi

Qvatemala Prezidenti İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Qvatemala Prezidenti İlham Əliyevi təbrik etdi
181032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Cənab Prezident. 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır. 

Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır.

Bu, Sizin rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin həyata keçirilməsinə imkan verəcəkdir. 
Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edir və dərin ehtiramımı bildirirəm". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO