İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO

İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO

Hazırda oxunan: İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO
178989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin mətbu orqanları tərəfindən yayılan informasiyalarda Prezident İlham Əliyevin və Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə, birinci xanım Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşünə, eləcə də səfər çərçivəsində imzalanan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasına xüsusi diqqət çəkilib.

Anadolu Agentliyi dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı “Azərbaycan Prezidenti Əliyev: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Prezident Ərdoğan: Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açıldı” sərlövhələri ilə bir neçə məqalə yayımlayıb.
Türkiyə və Azərbaycan prezidentlərinin fikirlərinin geniş oxucu kütləsinə çatdırılan xəbərlərdə dövlətimizin başçısının Türkiyənin bu gün dünyadakı rolu vurğulanıb, İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcəyi, TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də qatılacağı bildirilib.

İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO - foto 1
İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO - foto 2
İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO - foto 3
İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO - foto 4
İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO - foto 5
İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə mediasında - FOTO - foto 6

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO