XİN başçısı Xovayevlə Ermənistanla sülh prosesinin cari vəziyyətini MÜZAKİRƏ EDİB - FOTO

XİN başçısı Xovayevlə Ermənistanla sülh prosesinin cari vəziyyətini MÜZAKİRƏ EDİB - FOTO

Hazırda oxunan: XİN başçısı Xovayevlə Ermənistanla sülh prosesinin cari vəziyyətini MÜZAKİRƏ EDİB - FOTO
178190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son hadisələr, eləcə də regional məsələlər müzakirə olunub.

Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XİN başçısı Xovayevlə Ermənistanla sülh prosesinin cari vəziyyətini MÜZAKİRƏ EDİB - FOTO - foto 1
XİN başçısı Xovayevlə Ermənistanla sülh prosesinin cari vəziyyətini MÜZAKİRƏ EDİB - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO