Erməni lobbisindən qidalanan alman partiyası ölkəyə öz qaydalarını diktə edir – SİRRLƏR AÇILDI

Erməni lobbisindən qidalanan alman partiyası ölkəyə öz qaydalarını diktə edir – SİRRLƏR AÇILDI

Hazırda oxunan: Erməni lobbisindən qidalanan alman partiyası ölkəyə öz qaydalarını diktə edir – SİRRLƏR AÇILDI

17754

“Almaniyanın Aİ-dən çıxması haqqında müddəaları öz partiyasının platformasına əlavə edən siyasi qüvvə Almaniya Bundestaqında neo-nasistlərin, irqçilərin, pedofillərin və təcavüzkarların təmsil olunduğu ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasıdır. Ölkədə islamofob, antisemit, irqçi, anti-demokratik, Avropa dəyərlərinə zidd olan siyasi xətti dəstəkləyən və təşviq edən partiya həm də  ekstremist meyllərinə görə Almaniya kəşfiyyatı tərəfindən izlənilir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında siyasi ekspert Yeganə Hacıyeva Almaniyada bəzi deputatların Britaniyadan sonra ölkənin Avropa Birliyindən çıxması haqqında təkliflərindən danışarkən deyib.

O, hesab edir ki, “Almaniya üçün Alternativ” partiyası həmçinin Rusiya ilə əlaqələrinə görə bir neçə ildir ki, Almaniya kəşfiyyatı tərəfindən də izlənilir.

“Bundestaqdakı digər siyasi partiyalar, federal hökumət, əyalət hökumətləri, bu partiya ilə hər hansı bir əməkdaşlıq etməkdən, koalisiya yaratmaqdan imtina edirlər”.

Y.Hacıyeva qeyd edib ki, ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşrinin  dərc etdiyi erməni lobbisindən rüşvət alan alman deputatların siyasında 21 nəfəri məhz “Almaniya üçün Alternativ” partiyasının üzvləri idi.

“44 günlük Vətən müharibəsi zamanı bu partiya "müharibə təcili dayansın" tələbi ilə etnik ermənilər və Rusiyadan olan miqrant dəstələri ilə bir neçə dəfə etiraz aksiyaları  da təşkil edib.

Bundan başqa partiya üzvləri Ermənistan və postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində Ukrayna, Gürcüstan, Moldova və s. yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq edir və tez-tez separatçı bölgələrə səfərlər edirlər.

Yeganə Hacıyeva həmçinin dünyanın qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar, sözdə separatçılığın “paytaxtları” olaraq ortaya çıxaraq Avropa qanunvericilərinə rüşvət verməklə “seçkilərdə” varlıqlarını “qanuniləşdirdi”yini də vurğulayıb.

Bundan əlavə siyasi şərhçi  Avropa İttifaqının yürütdüyü bir sıra yanlış siyasətinin onun bütövlüyünə hədə olduğunu da qeyd edib.

“Bir sözlə, Almaniyanın da Avropa İttifaqından çıxması təklifini irəli sürülməsindəki xətt özünü birüzə verir. Avropa İttifaqının bir sıra yanlış siyasəti onun bütövlüyünə hədədir və Böyük Britaniya Avropa İttifaqından çıxan ilk ölkə olsa da, irəlidəki illərdə eyni yolu Aİ-yə üzv olan bir neçə dövlətin tutacağına şahid olacağıq".

Qeyd edək ki, Britaniyanın  Avropa İttifaqından çıxması  mövzusu haqqında müzakirələr hələ 1973-cü ildən, ölkənin  birliyə üzv olmasından həmən sonra  müzakirə olunmağa başlanılıb.

Britaniyalılar hesab edirdi ki, Avropa İttifaqının diktə etdiyi qaydaları ölkədə yeni iş yerlərinin açılmasına, ölkənin öz qanunlarını və ticarət tərəfdaşlarını seçməsinə mane olur, ölkənin qlobal təsir imkanlarını azaltmaqla, hərbi və iqtisadi təhlükəsizliyini zəiflədir.

Nəhayət, 44 ildən sonra isə Böyük Britaniya  referendum vasitəsi ilə rəsmən Avropa Birliyini tərk etmək istiqamətində qərarını elan etdi və Britaniya hökuməti Avropa İttifaqına qurumdan çıxmaq üçün qanunvericilik təqdim etdi.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO