Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi VERƏCƏK

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi VERƏCƏK

Hazırda oxunan: Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi VERƏCƏK

175122

Ermənistan yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Qarabağda minalanmış sahələr haqqında məlumatların yer aldığı səkkiz yeni xəritə müəyyən edilib. Məlumat hərbçilər arasında keçirilən sorğu nəticəsində əldə edilib”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistan tərəfi 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina sahəsi formulyarı Azərbaycan nümayəndələrinə təhvil verib.

Qeyd edilib ki, xəritələr yaxın günlərdə Azərbaycan tərəfinə, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına veriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO