Məzahir Pənahovdan MEDİAYA – “Arzu edirəm ki, Qarabağdakı seçki məntəqələrindən veriliş hazırlayasınız”

Məzahir Pənahovdan MEDİAYA – “Arzu edirəm ki, Qarabağdakı seçki məntəqələrindən veriliş hazırlayasınız”

Hazırda oxunan: Məzahir Pənahovdan MEDİAYA – “Arzu edirəm ki, Qarabağdakı seçki məntəqələrindən veriliş hazırlayasınız”

172931

“İndi əsas məsələ Xankəndi, Xocalı, Xocavənddə keçirilən seçkilərdir. Orada məntəqələr yaratmışıq”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O bildirib ki, orada olan məntəqələr ölkənin digər bölgələrində olan məntəqələrdən çox yaxşıdır:

"Həmin məntəqələrin göstərilməsi, mətbuatda işıqlandırılması Azərbaycanın həmin ərazilərdə oturuşması baxımından çox önəmlidir. Çox arzu edirəm ki, sadaladığım yerlərdə, həmin məntəqələrdən veriliş hazırlayasınız. 26 mənətəqədə nə çatışıb, çatışmazlığına baxıb qeyd edəsiniz".
Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO