“Kimsə fəaliyyətimizi mikroskopla axtarır ki, nöqsan tapsın” – Məzahir Pənahov

“Kimsə fəaliyyətimizi mikroskopla axtarır ki, nöqsan tapsın” – Məzahir Pənahov

Hazırda oxunan: “Kimsə fəaliyyətimizi mikroskopla axtarır ki, nöqsan tapsın” – Məzahir Pənahov

172927

“Kimsə bizim fəaliyyətimizi mikroskopla axtarır ki, bir nöqsan tapsın. Çalışırıq ki, qanunvericilik baxımından kimsə bizdə irad tuta bilməsin”. 

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki məcəlləsi əsasında fəaliyyət göstərir:

"Hansısa dəyişiklik qəbul ediləndə bizim onu birbaşa təqdim etmək hüququmuz yoxdur".
Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO