Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafı müzakirə edilib - FOTO

Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafı müzakirə edilib - FOTO

Hazırda oxunan: Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafı müzakirə edilib - FOTO
169061
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Monteneqronun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç arasında görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Monteneqro arasındakı əlaqələrin 15 illik tarixə malik olduğu, bu əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirilib.

Həmçinin görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafı çərçivəsində hüquqi bazanın genişləndirilməsi, potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsində xüsusi rola malik olması qeyd olunub.

S.Babayev ölkəmizdə həyata keçirilən sosial islahatlar, DOST konsepsiyası və sosial xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

P.Kastratoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu, ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyədə olmasının məmnunluq doğurduğunu ifadə edib. Diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini bildirib.
Ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafı müzakirə edilib - FOTO - foto 1
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO