Ceyhun Bayramovun Borrellə görüşdə oturuşu GÜNDƏM OLDU 

Ceyhun Bayramovun Borrellə görüşdə oturuşu GÜNDƏM OLDU 

Hazırda oxunan: Ceyhun Bayramovun Borrellə görüşdə oturuşu GÜNDƏM OLDU 
168772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun AB xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel ilə görüşdə “oturuş diplomatiyası” sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. 

Bizim.Media “axar.az”a istinadən xəbər verir ki, adətən bu cür oturuş sərgiləməyən Ceyhun Bayramovun Borrelə qarşılıq vermək üçün ayağını ayağının üstünə aşırması təqdir edilib. 

Diplomatların görüş zamanı bütün jest, mimika və davranışlarının mesaj olmasına diqqət çəkən sosial media təmsilçiləri Bayramovun “diplomatik cavabını” müsbət qiymətləndiriblər. 

Qeyd edək ki, Borrel ilə Bayramovun görüşü ötən gün Brüssel şəhərində baş tutub. 

Borrell Azərbaycana qarşı ardıcıl mövqeyi ilə gündəmə gəlib. Hətta o, Qarabağdan könüllü miqrasiya edənlərin sayını 150 minə qaldıraraq, Ermənistanın özünün açıqladığı rəqəmi də şişirtməklə yadda qalıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO