"Azərbaycanın COP29-a namizədliyinə sevinirik" - Bolqarıstan Prezidenti

Hazırda oxunan: "Azərbaycanın COP29-a namizədliyinə sevinirik" - Bolqarıstan Prezidenti

168349

“Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır. Biz bunu yüksək qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media nümayəndələrinə müsahibəsində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev söyləyib. 

Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyinin Bolqarıstan tərəfindən dəstəklənməsi ilə bağlı sualı da cavablandıran R.Radev qeyd edib: 

“Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO