Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO 

Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO 

Hazırda oxunan: Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO 
167566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli şəhərində olub. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Səfər çərçivəsində qonaqlara torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı barədə məlumat verilib. 

Nümayəndə heyəti Füzuli rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlər zamanı həlak olan ilk şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. 

Füzuli şəhərinin ermənilər tərəfindən viranə qoyulmuş yaşayış məntəqələri ilə tanış olan qonaqlara, işğaldan sonra Azərbaycan hökuməti tərəfindən Füzuli rayonunda aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə geniş məlumat verilib. 

Daha sonra qonaqlar Özbəkistan hökuməti tərəfindən inşa edilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbə gələrək, məktəbdə müəllim və şagird kollektivi üçün yaradılmış şəraitlə yaxından tanış olublar. 
Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanında da olublar. İnzibati bina ilə tanışlıqdan sonra, qonaqlara hava limanının texniki parametrləri barədə məlumat verilib. 

Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO  - foto 1
Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO  - foto 2
Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO  - foto 3
Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərində - FOTO  - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO