Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti SEÇİLDİ - FOTO 

Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti SEÇİLDİ - FOTO 

Hazırda oxunan: Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti SEÇİLDİ - FOTO 

163387

YUNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 42-ci sessiyası öz işinə başlayıb. 

Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib. 

42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.
Konfransın 42-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaq. 

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir. 

Sessiya noyabrın 22-dək davam edəcək.  




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO