AzərbaycanlaTürkiyə arasında dövlət kommunikasiyası sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

AzərbaycanlaTürkiyə arasında dövlət kommunikasiyası sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

Hazırda oxunan: AzərbaycanlaTürkiyə arasında dövlət kommunikasiyası sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
159717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. 

Bizim.Media xəbər verir ki, oktyabrın 12-də Azərbaycan nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Anadolu Agentliyində görüşlər keçirib. 

Görüşlər zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin media və dövlət kommunikasiyası ilə yanaşı, strateji kommunikasiya mexanizmi, Mədəniyyət və Turizm Nazirliyinin PR strategiyası, ölkənin təbliği və turizm potensialının təşviqi, Anadolu Agentliyinin ölkədaxili, regional və qlobal miqyasda fəaliyyəti, müasir dövrdə jurnalistika və media ilə iş mövzusunda təqdimatlar edilib, təcrübə mübadiləsi aparılıb. 
Həmçinin Azərbaycan ilə Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO