Qarabağdakı Rusiya sülhməramlılarının formatı dəyişəcək? - Korotçenkodan AÇIQLAMA

Hazırda oxunan: Qarabağdakı Rusiya sülhməramlılarının formatı dəyişəcək? - Korotçenkodan AÇIQLAMA

159556

“Azərbaycanın Qarabağ regionundakı Rusiya sülhməramlılarının formatı dəyişə bilər. Ola bilsin ki, Rusiya Qarabağda müşahidə missiyası formatında fəaliyyətini davam etdirsin”

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Qarabağ münaqişəsinin bitməsindən sonra Cənubi Qafqazın inkişafı” adlı rusiyalı və azərbaycanlı ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülhməramlıların fəaliyyəti ilə bağlı müxtəlif variantlar ola bilər:

"Düşünürəm ki, bu prinsipial məsələ Qırğızıstanda Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə olunacaq. Təxmin etmək olar ki, sülhməramlıların formatı dəyişsin.

Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesində sülhməramlıların nümayəndəsinin iştirakı mümkündür. Ola bilər ki, bu müşahidə missiyası formatında olsun".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO