ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik edib 

ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik edib 

Hazırda oxunan: ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik edib 
156513
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Zati-aliləri! 

Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır. 

Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm. 

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO