“Reuters” agentliyi Qarabağdakı antiterror tədbirlərindən YAZDI – FOTO 

“Reuters” agentliyi Qarabağdakı antiterror tədbirlərindən YAZDI – FOTO 

Hazırda oxunan: “Reuters” agentliyi Qarabağdakı antiterror tədbirlərindən YAZDI – FOTO 
156182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq “Reuters” agentliyində Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri barədə məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, məlumatda Qarabağ bölgəsindəki erməni separatçılarının tədbirlər başladıqdan 24 saat sonra təslim olduğu və atəşkəsə razılaşdığı qeyd edilib.

Həmçinin, Azərbaycanın bu tədbirlərinin separatçı qüvvələri silahsızlaşdırmaq və onların tabeliyində olan ərazilərdə tam nəzarəti bərpa etmək üçün həyata keçirildiyi vurğulanıb:

“Hər iki tərəfin təsdiqlədiyi və çərşənbə günü saat 13:00-dan etibarən qüvvəyə minən razılaşmaya əsasən, separatçı qüvvələr tərksilah ediləcək və tam buraxılacaq. Cümə axşamı günü isə regionun gələcəyi və orada yaşayan etnik ermənilərlə bağlı danışıqlar başlayacaq. Özünü “Artsax Respublikası” adlandıran separatçılar bildiriblər ki, onlar Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur ediliblər. 

Azərbaycan ordusu qondarma rejimin müdafiə xəttini yardıqdan və bir sıra strateji mövqeləri ələ keçirdikdən sonra dünya ictimaiyyəti heç nə demədi və heç nə etmədi. Nəticədə separatçılar Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşi dayandırmaq təklifini qəbul edir”.


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO