Qarabağda azərbaycanlılarla etnik ermənilər sülh şəraitində yaşayırdılar - Hikmət Hacıyev 

Qarabağda azərbaycanlılarla etnik ermənilər sülh şəraitində yaşayırdılar - Hikmət Hacıyev 

Hazırda oxunan: Qarabağda azərbaycanlılarla etnik ermənilər sülh şəraitində yaşayırdılar - Hikmət Hacıyev 
155088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrində gedən məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox məhsulla təmin etməyi təklif edib:

“Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı kimi qəbul edilir və məhz bu həftə ABŞ-ın dövlət katibi Antoni Blinken hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırıb. Amma beynəlxalq mediada yazılanlar fərqli bir şeyi təmsil edir.

Qonşu Azərbaycanda yaşayan etnik erməniləri vahid monoetnik marşrutla yalnız Ermənistanın təmin etməsi fikri nədənsə bir növ beynəlxalq ictimaiyyət və media üçün məqbuldur.

Bizə deyirlər ki, bu münaqişə digərlərindən fərqlidir, ermənilər bizim tariximizə görə azərbaycanlılarla eyni ölkədə yan-yana yaşaya bilməzlər. Ancaq həm keçmişimiz, həm də bu günümüz bizə bunun sadəcə olaraq doğru olmadığını öyrədir.

1990-cı illərin müharibəsinə qədər Qarabağda azərbaycanlılarla etnik ermənilər birlikdə, çiyin-çiyinə, sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür.
Gürcülər, ruslar, ukraynalılar hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də şamil edilə bilər və olmalıdır. Lakin Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO