Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO 

Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO 

Hazırda oxunan: Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO 
154699
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.  

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Azərbaycan nümayəndə heyəti burada Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib. Sonra Baş Qərargah rəisi Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.

Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
 



Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO  - foto 1
Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO  - foto 2
Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO  - foto 3
Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO  - foto 4
Baş Qərargah rəisi türkiyəli nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO/VİDEO  - foto 5

Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO