Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - FOTO 

Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - FOTO 

Hazırda oxunan: Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - FOTO 
154429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

Müdafiə nazirinin müavini iranlı qonaqları salamlayaraq dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Baş direktor Birgə Komissiyanın ölkəmizdə keçirilən işçi görüşünün ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib. 

Sonra Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. 
İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - FOTO  - foto 1
Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - FOTO  - foto 2
Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO