Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO
153063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Türkiyənin Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.

Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
 


Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO - foto 1
Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO - foto 2
Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO - foto 3
Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO - foto 4
Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO - foto 5
Zakir Həsənov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO